"Qalatasaray" da Adrien Rabiotla maraqlanır
    • 15-07-2024, 15:00
    • 227

"Qalatasaray" da Adrien Rabiotla maraqlanır

AVRO-2024-də Fransa millisi ilə çıxış edən Adrien Rabio "Yuventus"un müqavilə yeniləmə təklifinə cavab verməyib.

News24.az xəbər verir ki, "Yuventus"un fransız futbolçuya 2 il üçün 7,5 milyon avro təklif etdiyi, lakin Rabionun bu təklifə cavab vermədiyi iddia edilib.

Avropadan bir çox komandanın Rabiotla maraqlandığı və bu komandalar arasında Qalatasarayın da olduğu bildirilib.

Ötən mövsüm "Yuventus"un heyətində 35 rəsmi oyuna çıxan Rabiot bu matçlarda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Günel Məlikzadə