Qadın intihar etdi, əri zəhər içdi - Vəziyyəti...
    • 15-07-2024, 15:02
    • 264

Qadın intihar etdi, əri zəhər içdi - Vəziyyəti...

Xəbər verdiyimiz kimi, Sabirabadda 33 yaşlı qadın kimyəvi maddə içərək intihar edib. Heyvanlarda parazitlərə qarşı istifadə olunan kimyəvi preparatı içən qadın Sabirabad rayonunun Bala Həşimxanlı kənd sakini, 1991-ci il təvəllüdlü Aygün Zöhrab qızı Əliyeva Şirvan xəstəxanasında vəfat edib. Həyat yoldaşının vəfatından sonra 1988-ci il təvəllüdlü Xalid Yavər oğlu Əliyev həmin kimyəvi maddədən toksiki zəhərlənmə diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında bildirilib ki, zəhərlənmə şübhəsi ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə daxil olan 1988-ci il təvəllüdlü (cinsi kişi) Sabirabad rayon Həşimxanlı kənd sakininə lazımi tibbi xidmət göstərilib.

Hazırda şəxsin müalicəsi Reanimasiya anesteziologiya və intensiv terapiya şöbəsində davam etdirilir.