Ərdoğan: Mahmud Abbas bizdən üzr istəməlidir
    • Bu gün, 10:37
    • 68

Ərdoğan: Mahmud Abbas bizdən üzr istəməlidir


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rizədə keçirilən Qeyri-Hökumət Təşkilatları və Sektor Nümayəndələrinin Toplantısında çıxış edib.

News24.az oxu.az-a istinadən xəbər verir ki, Ərdoğan çıxışı zamanı Fələstin Prezidenti Mahmud Abbası tənqid atəşinə tutub.

"Bəzi siyasi partiyalar "Hökumət Fələstin prezidentini Türkiyəyə dəvət etməli və parlamentdə danışdırmalıdır" deyir. Kim deyir ki, dəvət etməmişik? Dəvət etdiyimiz halda gəlməyən möhtərəm Abbasdır. Əvvəlcə bizdən üzr istəməlidir. Dəvət etmişik, amma gözləyirik, görək gələ biləcəkmi", - Ərdoğan bildirib.