Azərbaycanda tanınmış jurnalist vəfat etdi - FOTO
    • Bu gün, 15:59
    • 1 204

Azərbaycanda tanınmış jurnalist vəfat etdi - FOTO


Hərbi jurnalist Ədil Arifoglu bu səhər qəfildən vəfat edib.

News24.az publika.az-a istinadla bildirir ki, bu barədə yazıçı Azər Qismət "Facebook" hesabında məlumat verib.

"1-ci Qarabağ müharibəsini qanı bahasına lentə alan, erməni snayperinin açdığı atəşdən ölməyən Edil Arifoglu bu səhər qəfildən vəfat etdi. Son vaxtlar çox fikir edirdi, bəzi məsələləri indi yazmıram, amma vaxt olacaq kitabımda qeyd edəcəm. Bircə onu bilirəm ki, sənin kimi həyatsevər insanın belə vaxtsız köçməsi adamı yandırır. Layiqli qiymətini almayan dostum, quş kimi uçub getdin. Səni daim xatırlayacağam. Dünən fotonu çəkməyimi istədin. Heç vaxt belə xahiş etməmişdin, təəccüblənsəm də, bunu etdim. Bu sənin sonuncu fotondur. Polad bənizli insan, nur içində uyu", - deyə paylaşımda bildirilib.