Taylorun albomu  birinci yerdədir
    • 15-07-2024, 23:10
    • 292

Taylorun albomu birinci yerdədir

2023-cü ildə "İlin adamı" seçilən və ardıcıl qırdığı rekordlarla adından söz etdirən Taylor Swiftin yeni albomu son aylarda musiqisevərlərlə görüşüb.

News24.az xəbər verir ki, albom 12 həftədir ki, Billboard 200 albom chartində birinci yerdədir. Müğənni bu qədər müddət 1-ci yerdə qalmaqla yeni çığır açıb.

Sviftin albomu Whitney Hyustonun "Whitney" albomunun rekordunu qırıb və ilk 12 həftəni zirvədə keçirən yeganə qadın sənətçi olub. Bu rekorda sahib olan digər adlar Morgan Wallen və Stevie Wonder idi.

Günel Məlikzadə