Mask Taylor Svift haqqında belə dedi
    • 1-05-2024, 22:20
    • 173

Mask Taylor Svift haqqında belə dedi

2023-cü ildə "İlin adamı" seçilən və ardıcıl qırdığı rekordlarla adından söz etdirən Taylor Swiftin yeni albomu bir müddət əvvəl musiqisevərlərin ixtiyarına verilib. Tesla, SpaceX və X (Twitter) şirkətlərinin sahibi olan milyarder texnologiya dahisi İlon Mask, Swiftin albomu haqqında tərifli sözlərlə danışıb.

News24.az xəbər verir ki, Mask müğənninin albomu haqqında bunları deyib: "Hədəf auditoriya olmadığımı bilirəm, amma yenə də həqiqətən təsir edicidir".

Qeyd edək ki, X-də paylaşım edən Mask, "Albomun inanılmazdır" yazıb.

Günel Məlikzadə