İaşə obyektində 15 günlük körpə tapıldı
    • 15-07-2024, 18:30
    • 172

İaşə obyektində 15 günlük körpə tapıldı

Bakıda iaşə obyektində köməksiz vəziyyətdə olan 15 günlük körpə tapılıb.

News24.az xəbər verir ki, bununla bağlı Ailə Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, dövlət komitəsinə daxil olan telefon zəngi operativ olaraq aidiyyəti qurumlarla birlikdə araşdırılıb.

Nəticədə Nəsimi rayonu ərazisində iaşə obyektində köməksiz vəziyyətdə olan 15 günlük körpənin həyatı xilas olunub.

Araşdırmalar davam etdirilir.