Həlak olan hərbçimiz 3 uşaq atası imiş...
    • 15-07-2024, 22:24
    • 211

Həlak olan hərbçimiz 3 uşaq atası imiş...


Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu Abbasov Yunis Vasif oğlu bədbəxt hadisə nəticəsində həlak olub.

News24.az Modern.az-a istinadla xəbər verir ki, həlak olan hərbçimiz 1981-ci ildə anadan olub. 

Əslən Ordubaddan olan hərbi qulluqçu Vətən müharibəsində iştirak edib və "Laçının azad olunmasına görə" medalı ilə təltif olunub.

Zaqatalada yaşayan Yunis Abbasov ailəli və üç uşaq atası olub.