Omanda neft tankeri qəzaya UĞRADI
    • 16-07-2024, 10:33
    • 263

Omanda neft tankeri qəzaya UĞRADI

Komor adalarının bayrağı altında üzən neft tankeri Oman sularında qəzaya uğrayıb.

News24.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə Sultanlığın Müdafiə Nazirliyi yanında Dəniz Təhlükəsizliyi Mərkəzi məlumat yayıb.

Mərkəzin X səhifəsində (keçmiş Twitter) dərc edilən mesajda deyilir: "Komor adalarının bayrağı altında üzən neft tankeri Ras Madrakidən cənub-şərqdə 25 dəniz mili (təxminən 46 km - TASS qeydi) məsafədə, Ed-Dukm bölgəsində çevrilib".

Səlahiyyətlilər axtarış-xilasetmə əməliyyatı aparır. Əlavə məlumat verilməyib.