Maskatda məscidə hücum edildi: ölənlər var
    • 16-07-2024, 13:06
    • 147

Maskatda məscidə hücum edildi: ölənlər var

Bu gün səhər saatlarında Omanın paytaxtı Maskat şəhərində İmam Əli məscidinə silahlı hücum olub.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə ərəbdilli media məlumat yayıb.

Məhərrəmlik münasibətilə keçirilən əzadarlıq mərasiminə edilən hücum nəticəsində 4 nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilib.

Məscidə hücumun təfərrüatı barədə məlumat verilməyib.

Oman polisi hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.

ABŞ-ın Maskatdakı səfirliyi bəyanat yayaraq vətəndaşlarına ehtiyatlı olmalarını tövsiyə edib.