Azərbaycanda əməkhaqqı - Hansı sahələrdə daha çox qazanmaq olur? - SİYAHI
    • 16-07-2024, 16:40
    • 158

Azərbaycanda əməkhaqqı - Hansı sahələrdə daha çox qazanmaq olur? - SİYAHI

2024-cü ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1003,3 manat təşkil edib.

News24.az bildirir ki, bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3901,5 manat, qeyri neft-qaz sektorunda 948,7 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 945 manat, özəl müəssisələrdə isə 1066,1 manat olub.

Qeyd edilib ki, mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub. 

Modern.az 2024-cü ilin yanvar-may aylarını əhatə edən iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı cədvəlini təqdim edir: