Vasif Talıbovun yerinə o namizəd oldu
    • 17-07-2024, 14:19
    • 200

Vasif Talıbovun yerinə o namizəd oldu

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlər siyahısında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun adı yer almayıb.

News24.az bildirir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, onun əvəzinə 1 saylı Şərur-Sədərək Seçki Dairəsindən “İki sahil” qəzetinin baş redaktoru, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadənin namizədliyi irəli sürülüb.