"Nanə Ağamalıyeva tükənib"
    • 17-07-2024, 15:40
    • 188

"Nanə Ağamalıyeva tükənib"


Aparıcı-prodüser Tarix Əliyev (Tolik) Nanə Ağamalıyeva ilə bağlı açıqlamasıyla diqqət çəkib. 

News24.az axşam.az-a istinadən xəbər verir ki, "Xəbərin var?" verilişində qonaq olan Tolik Nanənin tükəndiyini deyib:

"Verilişlərin hamısı primitiv oldu. Nanə robotla başladı. Mövsümün ortasında tükəndi. Verilişin ortasında qurduğun obrazı çıxartmaq o deməkdir ki, insanlara maraqlı deyil. Elnarə Abdullayeva çıxır yenə də sual verirlər ki, oğluna müğənni qız alarsan? Könül Kərimova illərdi oğluna qız ala bilməməkdən danışır".