Avtobusda sürücü ilə sərnişinlər arasında GƏRGİNLİK:
    • 17-07-2024, 17:27
    • 298

Avtobusda sürücü ilə sərnişinlər arasında GƏRGİNLİK: "Düşün yerə" - VİDEO

Bakıda marşurut xətlərindən birində problem yaşanıb. Belə ki, Xırdalan şəhəri istiqamətdə hərəkət edən 135 saylı avtobusda sürücü kondisioneri yandırmayıb.

News24.az bildirir ki, bu barədə baku.ws-in "Qaynar xətti"nə məlumat və görüntülər daxil olub.

Sərnişinlərin hər biri sürücüdən kondisioneri yandırmağı xahiş edib. Lakin sürücü buna məhəl qoymayıb.

Sonda isə o sərnişinlərə avtobusdan düşərək oranı tərk etmələrini bildirib.

Sürücünün sözləri sərnişinlərində əsəb və aqressiyaya səbəb olub.

Sözügedən görüntüləri təqdim edirik: