Fuad Lətifov vəfat etdi - FOTO
    • 18-07-2024, 09:10
    • 320

Fuad Lətifov vəfat etdi - FOTO

Azərbaycanda tanınmış riyaziyyatçı alim Fuad Lətifov vəfat edib.

News24.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, F.Lətifov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, fizika-riyaziyyat elmləri doktoru, professor Fuad Lətifov Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Ali riyaziyyat kafedrasının müdiri vəzifəsində çalışırdı.