-
- 18-07-2024, 15:41
- 246
Magistraturaya qeydiyyat müddəti uzadıldı
Magistraturaya qəbul olmuş şəxslər iyulun 22-si saat 18:00 dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, bunun üçün bakalavrlar göstərilən vaxtadək portal.edu.az platformasında qeydiyyatdan keçməli və təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.
Qeydiyyatdan keçməyən bakalavrlar ali təhsil müəssisələrinə qəbul olunanların siyahısından xaric ediləcəklər.
Xatırladaq ki, bakalavrların qeydiyyat prosesinə iyulun 9-dan etibarən başlanılıb.