Selena Qomez tarix yazdı
    • 18-07-2024, 21:10
    • 491

Selena Qomez tarix yazdı

Bu il 77-ci Kann Film Festivalında "Emilia Perez" filminin dörd aktrisası Ən Yaxşı Qadın Oyunçu mükafatını paylaşaraq festival tarixinə düşüb.

News24.az xəbər verir ki, rejissor Jak Audiard, Zoe Saldana, Selena Qomez, Karla Sofiya Qaskon və Adriana Pazın çəkildiyi filmin aktyorları “Ən yaxşı qadın rolu” mükafatını qazanıblar.

Televiziya İncəsənət və Elmləri Akademiyasının bu il keçirəcəyi 76-cı Emmi Mükafatlarının namizədləri dünən açıqlanıb. İlin ən yaxşı seriallarından biri olan "Şoqun" 25 nominasiyada qalib gələrək Emmi Mükafatlarına damğasını vurub.

Selena Qomez "Yalnızca Binada Cinayətlər" serialındakı performansına görə komediyada ən yaxşı aktrisa nominasiyasına namizəd olub.

Karyerasında ilk dəfə Emmi mükafatına namizəd olan ulduz tarix yazıb. Qomez, "Ən yaxşı qadın rolu" nominasiyasında namizəd göstərilən dördüncü Latın aktrisası olub.

Günel Məlikzadə