Şagirdlərə bıçaqlı hücum - 3 ÖLÜ 16 YARALI - VİDEO
    • 28-05-2019, 10:30
    • 1 355

Şagirdlərə bıçaqlı hücum - 3 ÖLÜ 16 YARALI - VİDEO

Məktəb avtobusunu gözləyən şagirdlərə bıçaqlı hücum edib.

News24.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Yaponiyanın Kavasaki şəhərində baş verib. Naməlum şəxs əlində olan 2 ədəd bıçaqla şagirdlərə hücum edib. Nəticədə hücum edən şəxs də daxil olmaqla 3 nəfər ölüb, 16 nəfər isə xəsarət alıb. Yaralılardan 40 yaşlı qadın və 3 şagirdin vəziyyətinin ağır olduğu deyilir. Yaponiyaniya hakimiyyəti təhsil müəssisələrində təhlükəsizliyin artırılacağı ilə bağlı söz verib.