-
- 18-07-2024, 22:30
- 534
İsraildə Qərbi Nil virusu: Ölənlər var
İsrail Qərbi Nil virusu epidemiyası ilə mübarizə aparır. Səhiyyə Nazirliyindən verilən açıqlamada, epidemiyanın başladığı iyun ayından bu yana ölənlərin sayının 36-ya yüksəldiyi qeyd edilib.
News24.az xəbər verir ki, virusa yoluxanların sayının 543 olduğu bildirilib və əhaliyə ağcaqanaddan qoruyan vasitələrdən istifadə etmək tövsiyə edilib.
Mütəxəssislər virusa yoluxanların 80 %-də heç bir əlamətin olmadığını, 20 %-də isə qızdırma, baş ağrısı və oynaq ağrıları kimi müxtəlif simptomlarla qarşılaşa biləcəyini bildirir.
Bildirilir ki, virusa yoluxanların 1 faizində beyin iltihabı və ya meningit kimi simptomlar nadir hallarda müşahidə oluna bilər.
QƏRBİ NİL VİRUSU NƏDİR?
İlk dəfə 1937-ci ildə Uqandada təsbit edilən Qərbi Nil Virusu, illər ərzində bütün dünyaya yayılmağa davam edən arbovirus infeksiyasıdır.
Əsas sahibinin vəhşi quşlar olduğu Qərbi Nil Virusu ağcaqanad dişləməsi ilə ötürülən virus infeksiyası növüdür. Culex ağcaqanadlarının dişləməsi ilə insanlara keçən xəstəlik birbaşa insandan insana keçmir.
Bu növün ağcaqanadları çirkli sularda və septik çənlərdə çoxalır və gecələr qanla qidalanır. Potensial həyati təhlükəsi olan Qərbi Nil İnfeksiyası bir çox nevroloji simptomlara səbəb olur.
Günel Məlikzadə