Azərbaycanlı aktrisa: “Yataqdan-yatağa girərək, kiminsə hesabına...” SƏRT AÇIQLAMA
    • 3-08-2018, 11:47
    • 2 104

Azərbaycanlı aktrisa: “Yataqdan-yatağa girərək, kiminsə hesabına...” SƏRT AÇIQLAMA

Türk vətəndaşı ilə həyatı quraraq İstanbula köçən və sənətdən bir müddətlik uzaqlaşan aktrisa Cəmilə Tağızadə istirahət üçün vətənə geri dönüb. 

Rol aldığı serial və fimlərdə çərçivədən çıxmağı sevməyən, açıq-saçıq səhnələrə isə “Yox” deyən C.Tağızadə tamaşaçının aktrisalar barədə olduğu mənfi fikrə münasibət bildirib:

“Kim necə yaşayırsa, bu onun öz işidir. Hər kəs özünə cavabdehdir. Bir aktrisaya görə bütün həmkarlarımın adının batırılmasına qarşıyam. Çünki öz zəhməti və sənəti ilə aktrisa olanlarımız var. Onlar yataqdan-yatağa girərək, kiminsə hesabına bu sənətə gəlməyiblər. Öz üzərlərində çalışaraq öz sözlərini deyiblər və deyirlər də. 

Niyə görə məni və mənim kimilərin adımı həmin bir-iki nəfərlər eyni hallandırmalıdırlar? Aktrisaların hamısı pozğun ola bilməz.  Bizim o qədər gözəl aktrisalarımız var demək istəyirsiz ki, hamısı əxlaqsızdır?

Əgər bir neçəsi düzgün yolda deyilsə, başqa həyat sürüsə və tam başqa yerdən pul qazanırsa o siyahı da mən və bir çox həmkarım yoxdur”.

Teymur Məmmədov