-
- 19-07-2024, 12:57
- 248
Diqqətsizlik edən sürücü yanacaq kalonkasını yerindən qopardı - VİDEO
Bakıda yanacaqdoldurma məntəqəsində baş verən hadisənin videosu sosial şəbəkədə yayılıb.
News24.az Avtosfer.az-a istinadla xəbər verir ki, hadisə 77-MR-381 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsünün diqqətsizliyi nəticəsində baş verib. Əldə olunan məlumata görə, sürücü yanacaq çənindən borunun çıxarılmasını gözləməyərək hərəkətə başlayıb. Bu zaman yanacaq kalonkasını yerindən qopararaq aşırıb. Xoşbəxtlikdən hadisə xəsarətsiz nəticələnib.
Qeyd edək ki, hadisə paytaxtın Heydər Əliyev prospektində yerləşən (Koroğlu metrostansiyasının yaxınlığındakı) "Azpetrol" yanacaqdoldurma məntəqəsində baş verib.