Bakıda yanacaqdoldurma məntəqəsində qorxulu hadisə - VİDEO
    • 28-01-2019, 16:11
    • 901

Bakıda yanacaqdoldurma məntəqəsində qorxulu hadisə - VİDEO

Bakı şəhəri ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birində qorxulu anlar yaşanıb.

Heydər Əliyev prospektinin Xəzər rayonundan keçən hissəsində yerləşən məntəqədə yanacaq vuran "VAZ 2107" markalı 10 KM 028 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü benzinin doldurulduğu vaxt maşını hərəkətə gətirərək uzaqlaşmağa çalışıb. Nəticədə ətrafa və maşının üstünə benzin dağılıb.

Sürücünün diqqətsizliyini görən məntəqənin operatorları ona xəbərdarlıq ediblər.

Qeyd edək ki, yanacaqdoldurma məntəqələrində sürücülərin diqqətsizliyi xoşagəlməz hadisələrə səbəb ola bilər.

//Publika.az