Yanacaqdoldurma məntəqəsində yanğın: Ölən var
    • 22-05-2024, 23:00
    • 202

Yanacaqdoldurma məntəqəsində yanğın: Ölən var

Dünən axşam saatlarında Sakaryadakı yanacaqdoldurma məntəqəsində yanacaq tankerdən yanacaqdoldurma məntəqəsinin çəninə boşaldılan zaman yanğın baş verib.

News24.az bildirir ki, xəbər üzərinə hadisə yerinə xilasetmə, təcili yardım və polis qrupları sövq edilib.

Yanğında yanacaq boşaltan Erdal Aktaş (43) və A.Ö. (27) alovlar arasında qalaraq yaralanıb.

Yanğın stansiya əməkdaşları və yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb. Yaralılar sağlamlıq qruplarının ilk müdaxiləsinin ardından Sakarya Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Erdal Aktaşı burada edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. Aktaşın cansız bədəni xəstəxana meyitxanasına aparılarkən, A.Ö.-nin müalicəsinin davam etdiyi öyrənilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə