BOK Olimpiya atəşkəsi elan etdi
    • 19-07-2024, 15:21
    • 424

BOK Olimpiya atəşkəsi elan etdi

 Beynəlxalq Olimpiya Komitəsi Olimpiya atəşkəsinə başladığını elan edib.

News24.az xəbər verir ki, Komitə X hesabında belə deyib:

"Paris 2024 Olimpiya Oyunları dünyanı dinc rəqabətdə birləşdirən bir tədbir olaraq, hamımızın sülh yolu ilə bir araya gələ biləcəyimizə güclü bir xatırlatma olacaq".

2024-cü il Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtı Parisdə keçiriləcək.

Qeyd edək ki, Olimpiya barışığı ənənəsi eramızdan əvvəl 8-ci əsrdə Qədim Yunanıstanda, bütün idmançıların və müvafiq şəxslərin oyunlar zamanı təhlükəsiz gəlişi, girişi və iştirakının təmin edildiyi vaxta gedib çıxır. 

Beynəlxalq Olimpiya Komitəsi bu ənənəni 1992-ci ildə rəsmən bərpa edib və növbəti il BMT Baş Assambleyası bu addımı dəstəkləyib.

Məryəm İlhamqızı