-
- 19-07-2024, 15:53
- 271
Bakıda qara maskalı ödəmə terminalını taladı - HADİSƏ ANI
Paytaxtın Yasamal rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, naməlum şəxs gecə saatlarında üzünü qara maska ilə kamuflyaj edərək rayon ərazisində yerləşən mağazalardan birinin qapısını dəmir metalla qırıb və içəridə yerləşən ödəmə terminalını talayaraq pul vəsaitini ələ keçirib.
Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə hadisəni törədən əvvəllər oğurluq cinayətlərinə görə məhkum olunmuş 28 yaşlı Turxan Mustafayev saxlanılıb. Onun cinayət əməli ətrafda olan təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.