Gəncədə “Milli Ön” ödəmə terminallarından 9 min manatdan çox PUL OĞURLANDI
    • 5-02-2021, 11:09
    • 1 031

Gəncədə “Milli Ön” ödəmə terminallarından 9 min manatdan çox PUL OĞURLANDI

Gəncədə  ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon  Polis İdarəsinin və “Təhlükəsiz şəhər” xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədirləri nəticəsində şəhər ərazisindəki ödəmə terminallarından oğurluq etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş, 29 yaşlı Emin Əsgərov saxlanılıb. 

Araşdırmalar zamanı məlum olub ki, E. Əsgərov müxtəlif vaxtlarda şəhərin müxtəlif yerlərindəki ümumilikdə 4 ödəmə terminalını sındıraraq  9187 manat nağd pulu oğurlayıb. 

E. Əsgərov saxlanılaraq istintaqa təhvil verilib, hazırda onun şəhər ərazisində digər anoloji cinayət törədib-törətməməsi istintaq-əməliyyat tədbirləri nəticəsində araşdırılır. Faktla ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.