Tələbə etirazları: Ölənlər var
    • Bu gün, 16:11
    • 71

Tələbə etirazları: Ölənlər var

1971-ci ildə Banqladeşdə Müstəqillik Müharibəsində iştirak etmiş şəxslərin yaxınlarına dövlət sektorunda kvota ayrılmasına qarşı ölkə daxilində universitet tələbələrinin etirazları davam edir.

News24.az xəbər verir ki, paytaxt Dəkkədə kvota hüququnun götürülməsi tələbi ilə nümayiş keçirən polislə tələbələr arasında qarşıdurma yaranıb.

Çərşənbə axşamı günündən bəri etirazlarda ölənlərin sayı 36-ya çatıb.

Çattoqram və Khulna kimi digər şəhərlərdə də zorakılıq olub, etirazçılar da bəzi əsas magistral yolları bağlayıblar.

Ədliyyə naziri Anisul Huq hökumətin etirazçılarla görüşməyə hazır olduğunu bildirib.

Günel Məlikzadə