-
- 7-06-2024, 15:03
- 372
Milli avarçəkən Paris 2024 üçün kvota aldı
Paris 2024 Olimpiadasına vəsiqə qazanan Elis Özbay oyunlarda Türkiyəni təmsil edən ilk qadın avarçəkən olub.
News24.az xəbər verir ki, bu baradə Türkiyə Avarçəkmə Federasiyası açıqlama verib.
Elis olimpiya kvota yarışlarının nəticələrinə görə qadınlar arasında tək qayıq (W1X) kateqoriyasında Paris 2024 üçün kvota alıb.
Qeyd edək ki, Elis Özbay ötən il 23 yaşa qədər yüngül çəkidə tək qayıqla dünya çempionu, 2022-ci ildə eyni kateqoriyada Avropa çempionatı və dünya 2-cisi, 23 yaşa qədər yüngül çəkidə ikiqat qayıqla dünya və Avropa çempionatının qalibi oub.
Günel Məlikzadə