Morata "Milan"la anlaşıb
    • 19-07-2024, 22:40
    • 415

Morata "Milan"la anlaşıb

"Milan" "Fənərbağça"nın gündəmində olan ispan futbolçu Alvaro Moratanı transfer edib.

News24.az xəbər verir ki, "Qırmızı-qaralar"ın açıqlamasında İspaniya təmsilçisi "Atletiko Madrid"dən transfer olunan 31 yaşlı mərkəz hücumçusu ilə 2027-2028-ci il mövsümünün sonuna qədər müqavilə imzalandığı bildirilib.

Peşəkar karyerasına "Real Madrid"də başlayan Alvaro Morata müvafiq olaraq "Yuventus", "Çelsi" və "Atletiko Madrid"də çıxış edib.

Morata bir çox milli və beynəlxalq uğurlara imza atdığı klub karyerasında bütün yarışlarda 506 matçda 172 qol vurub.

Qeyd edək ki, 2024-cü il Avropa Çempionatında kuboku muzeyinə aparan İspaniyanın kapitanı olan Alvaro Morata millidə çıxış etdiyi 80 yarışda 36 dəfə fərqlənib.

Günel Məlikzadə