-
- 19-07-2024, 17:36
- 200
Əmanət edilən açarla OĞURLUQ ETDİ
Ankaranın Pınarbaşı məhəlləsinin 129-cu küçəsindəki Oruc binasında yaşayan Murat Karagöz, Ramazan və Qurban bayramında ailəsi ilə tətilə gedəndə iki dəfə evindən qızıl və qiymətli əşyalar oğurlanıb.
News24.az xəbər verir ki, evdə polis tərəfindən aparılan yoxlama zamanı evin qapı və pəncərələrində heç bir güc əlaməti aşkar edilməyib.
Karagöz daha sonra bir neçə dəfə evinin açarını əmanət etdiyi,18 ildir məhəllədə ərzaq mağazası işlədən Əhməd Avcıdan şübhələnib.
Karaqöz evinə təhlükəsizlik kamerası qoyub və Əhməd Avcıya şəhəri tərk etdiklərini deyib. Əhməd Avcı Karagöz və ailəsi evdə olmadığı halda təhlükəsizlik kamerasına düşüb. Əvvəllər kopyaladığı açarla içəri girib, içəridəki şkaflarda qiymətli əşyalar axtarıb.
Kameranı görən və istiqamətini dəyişən Avcı, pul və zinət əşyaları oğurlayaraq evi tərk edib. Evə qayıdanda görüntüləri araşdıran Karaqöz şübhəlinin Əhməd Avcı olduğunu görüb və onu şikayət edib.
Murat Karagözün evinə 3 dəfə girdiyi və təxminən 200 min lirə oğurladığı iddia edilən Əhməd Avcı həbs edilib.
Məryəm İlhamqızı