-
- 12-07-2024, 23:50
- 827
17 yaşında ata qatili oldu
Malatyada Doğukan Avcı (17) ilə atası Hanifi Avcı (61) arasında torpaq məsələsinə görə mübahisə yaranıb.
News24.az xəbər verir ki, mübahisənin davaya çevrildiyi hadisədə Doğukan Avcı tüfənglə atəş açaraq atası Hanifi Avcı və qardaşı Burak Avcı (23) yaralayıb.
Qarın nahiyəsindən aldığı zərbə ilə ağır yaralanan ata Avcı aparıldığı xəstəxanada dünyasını dəyişib. Doğukan Avcı isə cinayət silahı ilə tutularaq nəzarətə götürülüb.
Qeyd edək ki, yaralı qardaş Burak Avcının xəstəxanada müalicəsinin davam etdiyi öyrənilib. Hadisə ilə bağlı istintaq davam edir.
Günel Məlikzadə