İstanbul körpüləri Azərbaycan bayrağına büründü - VİDEO
    • 28-05-2019, 13:30
    • 1 509

İstanbul körpüləri Azərbaycan bayrağına büründü - VİDEO

Azərbaycan Cümhuriyyətinin 101 illiyi münasibəti ilə İstanbulda yerləşən körpülər Azərbaycan bayrağının rənglərində işıqlandırılıb. 

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, 15 İyul Şəhidləri, Yavuz Sultan Selim, Fatih Sultan Mehmet körpüləri 3 rəngli bayrağın rəngləri ilə görənləri heyran edib. 

Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu Məsim Hacıyev 3 körpünün eyni anda Azərbaycan bayrağının rənglərində işıqlandırılmasına görə sevincli olduğu dilə gətirib.