Pezeşkian parlamentin plenar iclasına qatıldı
    • Bu gün, 11:42
    • 72

Pezeşkian parlamentin plenar iclasına qatıldı


İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian parlamentin bugünkü plenar iclasında iştirak edib.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə məlumatı İSNA yayıb.

Məlumata görə, üç həftə qapalı keçirilən parlamentin ilk plenar iclası bu gün baş tutub.

Qeyd olunub ki, o, iclasda Təbrizdən millət vəkili olduğu kürsüsündə əyləşib.