Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı
    • 22-06-2021, 14:03
    • 491

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında məlumat verib.

O bildirib ki, parlamentin növbədənkənar sessiyasının növbəti plenar iclası iyunun 25-də keçiriləcək: “Toplantının gündəliyi barədə isə əlavə məlumat veriləcək”.