Azərbaycan Ermənistanı COP29-a dəvət etdi
    • 21-07-2024, 19:31
    • 850

Azərbaycan Ermənistanı COP29-a dəvət etdi


Azərbaycan Ermənistanı COP29 iqlim sammitinə dəvət edib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev məlumat verib.

Hikmət Hacıyev jurnalistlərə bildirib ki, İrəvana dəvət göndərilib.

Dəvət hələ də rəsmi diplomatik əlaqələri olmayan Bakı ilə İrəvan arasında onilliklərlə davam edən münaqişəyə son qoymaq məqsədi daşıyan sülh prosesi fonunda verilib.

"Muxtar Babayev (COP29-un prezidenti) Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib. Biz rəsmi dəvət göndərmişik", - deyə Hacıyev bildirib.

O qeyd edib ki, hər iki ölkənin rəsmi diplomatik münasibətləri olmadığı halda bu məktubun göndərilməsi Azərbaycanın xoşməramlı və inklüziv yanaşmasının nümunəsidir.

Prezidentin köməkçisi bildirib ki, COP29 qlobal bir işdir və həlledici danışıqlar Ermənistan və Azərbaycanın hüdudlarından kənara çıxır.

"İndi Ermənistan hökumətinin qərar vermə vaxtıdır", - Hacıyev bildirib.

Qeyd edək ki, COP29 İqlim sammiti noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək.