-
- 28-05-2019, 17:00
- 1 087
"Kinostudiya bərbad vəziyyətdədir" - Rasim Balayev
Belimdə yırtıq yaranıb, mənə əziyyət verir. "Babək"ə çəkiləndə bir-iki dəfə atdan yıxılmışdım. O vaxt cavan idim, təsir etmirdi. İllər keçəndə özünü büruzə verdi.
Adamlar var ki, konkret saatlarda səhər, günorta, axşam yeməyi yeyir. Məndə belə şey yoxdur. Buna görə də indi altın çəkirəm.
Mədəmdə də problem yaranıb. 84 kiloqramdan 76-ya düşmüşəm. Şəkərim də var. İştahsızlıqdan əziyyət çəkirəm".
News24.az xəbər verir ki, bu sözləri xalq artisti Rasim Balayev səhhəti ilə bağlı danışarkən "Xəzər" Tv-nin "X maqazin" proqramında deyib. Aktyor dünyasını dəyişən sənət dostlarını yad edib:
"Yoldaşım və uşaqlar mənə qulluq edir. Sənət dostlarımın əksəriyyəti rəhmətə gedib. İndi arada kinostudiyaya gedirəm. Ora da bərbad vəziyyətdədir. Bir çayçısı var, oturub ötən günləri yad edirik.
Gedən sənət dostlarımın hərəsinin öz yeri var, hamısı itkidir. Əksəriyyəti cavan rəhmətə getdi. Arzu edirəm ki, ölənə qədər heç kimin köməyinə ehtiyacım olmasın, kimdənsə asılı qalmayım. Ölüm haqdır, hamı bununla görüşməlidir".