-
- 22-07-2024, 11:01
- 280
"Qorxu evi"ndə yanğın baş verdi - ÖLƏN VAR
Dağıstanda “axtarış otağında” baş verən yanğından sonra 19 yaşlı qız ölüb, iki nəfər isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
News24.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Hadisə iyulun 22-nə keçən gecə Mahaçqaladakı Dəhşət Evi kvest parkında baş verib.
Müəssisənin əməkdaşı xüsusi əlcəyi yandıraraq kənara atıb və bu, yanğına səbəb olub.
Yanıq xəsarətləri alanlar xəstəxanaya yerləşdirilib. 19 yaşlı tələbəni xilas etmək mümkün olmayıb. Digərlərində isə 97% və 50% yanıq xəsarətləri aşkarlanıb.
"Mash" "Telegram" kanalının məlumatına görə, kvest otağının sahibi KVN oyunçusu, Dağıstan millisinin üzvü Hüseyn İbrahimovdur.
Hüseyn İbrahimov dindirildikdən sonra sərbəst buraxılıb.
Məryəm İlhamqızı