İranda zavodda yanğın olub, ölən və yaralananlar var
    • 28-06-2022, 20:42
    • 300

İranda zavodda yanğın olub, ölən və yaralananlar var

İranın Qum şəhərinin Şukuhiyyə bölgəsində zavodda yanğın baş verib.

Yuyucu məhsullar istehsal edən zavodda baş verən yanğında 4 nəfər ölüb, 7 nəfər yaralanıb.

Yaralılar yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. /APA/