Tələbələrinə təcavüz edən müəllim AZADLIQDAN MƏHRUM EDİLDİ
    • 22-07-2024, 13:34
    • 241

Tələbələrinə təcavüz edən müəllim AZADLIQDAN MƏHRUM EDİLDİ

Ege Universitetinin Stomatologiya Fakültəsinin bəzi tələbələrinə cinsi təcavüz etdiyi iddia edilən professor-müəllim 4 tələbəyə qarşı "zorakılıq miqyasında cinsi təcavüz" ittihamı ilə ümumilikdə 10 il müddətinə azadlıqdan məhrum edilib.

News24.az xəbər verir ki, İzmir 34. Birinci İnstansiya Cinayət Məhkəməsində keçirilən iclasda saxlanılan müttəhim Z.E.B. ilə vəkilləri və Ailə və Sosial Xidmətlər Nazirliyinin vəkili iştirak edib.

Saxlanılan müttəhim Z.E.B. 35 ildir bu peşədə olduğunu və ittihamları qəbul etmədiyini bildirib.

"Ola bilsin ki, toxunmuşam, amma bu, cinsi məqsədlər üçün deyil. Mən günahsızam", - deyə qeyd edib.

Qurbanların vəkili Mustafa Çetin şikayətləri və universitetin nüfuzunu nəzərə alaraq cəzanın ən yüksək həddə verilməsini və endirimin tətbiq edilməməsini istəyib.

Məhkəmə müttəhimin 4 tələbəyə "narahat etmə dərəcəsinə qədər cinsi təcavüz" cinayəti törətdiyi qənaətinə gələrək, hər bir qurban üçün ayrı-ayrılıqda 2 il 6 ay, ümumilikdə isə 10 il həbs cəzasına məhkum edilməsinə qərar verib.

Məryəm İlhamqızı