Alim Sadıqovun cəzası ağırlaşdırıldı - MƏHKƏMƏ İŞİ
    • 27-11-2023, 16:34
    • 325

Alim Sadıqovun cəzası ağırlaşdırıldı - MƏHKƏMƏ İŞİ

Gürcüstanın Saqareco bələdiyyəsinin Ləmbəli kəndində 14 yaşlı Aytac Şahmarovanın qətlində təqsirli bilinən Alim Sadıqovun cəzası ağırlaşdırılaraq azyaşlıya qarşı cinsi təcavüz ittihamı irəli sürülüb.

News24.az xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.

Cinayəti törədən şəxs Cinayət Məcəlləsinin 109-cu maddəsinin “E”, “T” və “K” bəndləri ilə (yetkinlik yaşına çatmayan ailə üzvünə qarşı qəsdən adam öldürmə), 143-cü maddənin 3-cü hissəsinin "D" bəndi ilə (yetkinlik yaşına çatmayan şəxsi əvvəlcədən məlumat verilməklə azadlıqdan məhrum etmə), 137-ci maddənin 3-cü hissəsinin "E" yarımbəndi və 4-cü maddənin "C" yarımbəndi (azyaşlıya qarşı cinsi təcavüz, sui-istifadə etməklə) və 336- cı maddənin 4- cü bəndi ilə (qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlama) maddələrində ittiham olunur.

Cinayət 16 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

İttiham tərəfi cinayət işinin əsaslı şəkildə baxılması üçün Telavi Rayon Məhkəməsinə göndərib.

Aynurə