-
- 22-07-2024, 21:11
- 345
Qozun elə bir faydaları üzə çıxdı ki... — ARAŞDIRMA
Tərkibində təxminən 90 qida maddəsi olan qoz insan sağlamlığına müsbət təsir göstərir.
News24.az Demokrat.az-a istinadla xəbər verir ki, araşdırmalara görə, qoz immunitet sistemini gücləndirir, dəriyə parlaqlıq verir və qırışların yaranmasının qarşısını alır. Eyni zamanda qandakı melatonin səviyyəsini artıraraq yuxu rejiminə kömək edir.
Tərkibindəki melatonin və polifenol birləşmələri sayəsində yüksək antioksidant təsirə malikdir. Qozda maqnezium, sink, mis, dəmir, fosfor, bir sıra vitaminlər var. Yağlar, fol turşusu, dəmir və kaliumla zəngindir.
Qoz glutensiz pəhriz üçün də uyğundur. Vegetarianlara və veganlara bir sıra qida və vitamin dəstəyi verir.
Antioksidanların bolluğuna görə yaşlanma ilə bağlı xəstəliklər, xərçəng və ürək-damar sistemi xəstəliklərinin qarşısını alır.
Arıqlamaq üçün ən yaxşı çərəzdir.
Axşam saatlarında televizor qarşısında çips və ya şokolad yemək vərdişiniz varsa, onun yerinə daha qoz yeyə bilərsiniz. Doyumluluq verdiyi üçün aclıq hissini azaldır. Araşdırmalar göstərib ki,qoz iştahın qarşısını alır.
100 qram qozda təxminən 674 kalori var. Sağlam bir şəkildə arıqlamaq və ilk növbədə kalorilərə diqqət yetirmək üçün qoz yeyərkən son dərəcə diqqətli olmaq lazımdır. Gündə 8 dənədən çox qoz yeyilməməlidir.