Kifli pendiri atmayın - Bu faydaları var
    • 18-07-2024, 21:56
    • 1 082

Kifli pendiri atmayın - Bu faydaları var

Əksər insanların tulladığı kifli pendir əslində dünyanın ən bahalı məhsullarından biridir. Bu pendir növünün sağlamlığa bir çox faydaları var.

News24.az Metbuat.az-a istinadən kifli pendirin faydalarını təqdim edir:

- Tərkibindəki probiyotiklər sayəsində həzm sistemini dəstəkləyir və immunitet sistemini gücləndirir.

- Yüksək protein və kalsiumla sümük sağlamlığını qorumağa kömək edir

- Hüceyrə zədələnməsinin qarşısını alır

- Ürək sağlamlığını yaxşılaşdırır və müəyyən xəstəliklərdən qoruyur

- Diş sağlamlığı üçün son dərəcə faydalıdır və dişlərin möhkəmlənməsinə töhfə verir

- İmmunitet sistemini gücləndirməsidir.

- Qan dövranını dəstəkləyən təsirə malikdir

- Antioksidantlarla zəngin

- Bədəndəki sərbəst radikallarla mübarizə apararaq hüceyrə zədələnməsini azaldır və qocalmanı ləngidir

- Kiflənmiş pendir, probiotik xüsusiyyətləri ilə həzm sisteminin sağlam işləməsinə kömək edir və bağırsaq florasını tarazlaşdırır.

- Maddələr mübadiləsini sürətləndirən təsirə malikdir.

- Dəmir mineralları ilə zəngin olan kifli pendir orqanizmdə oksigen daşıma qabiliyyətini artırır.

- İltihab əleyhinə xüsusiyyətləri sayəsində orqanizmdə iltihabı azaldır və iltihabi xəstəliklər riskini azaldır.

- Dəri sağlamlığına da müsbət təsir göstərən bu qida növü dəri iltihabını azaltmağa və sızanaq kimi dəri problemlərinin görünüşünü yaxşılaşdırmağa kömək edə bilər.