iphone 17 Slim modeli GƏLİR
    • 22-07-2024, 16:09
    • 291

iphone 17 Slim modeli GƏLİR

Bildiyimiz kimi iPhone 16 seriyası sentyabr ayında təqdim ediləcək. Bununla yanaşı, gələn ilki iPhone-lar haqqında da məlumat gəlməyə başlayıb.

News24.az xəbər verir ki, "Apple"-ın iPhone 17 modelləri üçün fərqli planlar hazırladığı məlum olub. 

Verilən məlumatlara görə, "plus" modeli tamamilə ləğv ediləcək, bunun əvəzinə iPhone 17 Slim adlandırılacaq. Bu isə pro və qeyri-pro iPhone arasındakı fərqi azaldacaq.

Daha incə dizayna malik olacağı deyilən iPhone 17 Slim-in 6,65 düymlük ekranına əlavə olaraq ikili kameraya sahib olacağı bildirilib.

Qeyd edək ki, iPhone 17 Slim haqqında ətraflı məlumat yoxdur, lakin iPhone 17-nin 799 dollara, iPhone 17 Slim-in isə təxminən 1299 dollara satılacağı gözlənilir.

Məryəm İlhamqızı