"Apple" "OpenAI" ilə razılaşdı
    • 13-05-2024, 22:10
    • 440

"Apple" "OpenAI" ilə razılaşdı

Apple, iOS 18 yeniləməsi ilə süni intellekt xüsusiyyətlərini iPhone cihazlarına gətirməyə hazırlaşır.

News24.az xəbər verir ki, texnoloji şirkət “ChatGPT” süni intellekt botunun tərtibatçısı olan OpenAI ilə müqavilə bağlamaq üzrədir.

Bildirilib ki, OpenAI müqaviləsi Apple-a iPhone cihazlarında süni intellekt texnologiyasından istifadə etməyə imkan verəcək.

BƏS İOS 18 NƏ VAXT GƏLƏCƏK?

iOS 18-in gələn ilin iyununda keçiriləcək WWDC 2024 konfransında təqdim ediləcəyi gözlənilir.

Apple istifadəçiləri yeni əməliyyat sistemini sentyabrda iPhone 16 təqdim edildikdən sonra əldə edə biləcəklər.

iOS 18 yeniləməsini dəstəkləyəcək iPhone cihazları bunlardır;

iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro, iPhone 15 Pro Max, iPhone 14, iPhone 14 Plus, iPhone 14 Pro, iPhone 14 Pro Max, iPhone 13, iPhone 13 mini, iPhone 13 Pro, iPhone 13 Pro Max, iPhone 12 , iPhone 12 mini, iPhone 12 Pro, iPhone 12 Pro Max, iPhone 11, iPhone 11 Pro, iPhone 11 Pro Max, iPhone XS, iPhone XS Max, iPhone XR, iPhone SE (2-ci nəsil), iPhone SE (3-cü nəsil ).

Günel Məlikzadə