Hazal Kaya:
    • 22-07-2024, 22:10
    • 476

Hazal Kaya: "Ürəyim gəldi" - FOTO

2019-cu ildə uzun müddətli evlilik münasibətlərini taclandıran Hazal Kaya və Ali Atay eyni il oğulları Fikrət Əlini dünyaya gətirib.

News24.az xəbər verir ki, 2023-cü ildə ikinci körpələri Leyla Süreyyanı dünyaya gətirən məşhur cütlük özəl həyatlarını ictimaiyyətdən uzaq yaşamağa üstünlük verir.

İzləyiciləri ilə vaxtaşırı həyat yoldaşı və ya uşaqları ilə pozalar paylaşan Hazal Kaya bunlara bir yenisini əlavə edib.

Hazırda uşaqları ilə tətildə olan Kaya yanına gələn həyat yoldaşı ilə kamera qarşısına keçib. Məşhur aktrisa paylaşımına "Ürəyim gəldi" yazıb.

Məşhur aktrisa daha sonra həyat yoldaşı Əli Atay və oğlu Fikrət Əlini ürək emojisi ilə paylaşıb.

Günel Məlikzadə