-
- 22-07-2024, 17:34
- 592
Simpsonlar bunu da bildilər? - FOTO
ABŞ-ın ən uzunömürlü serialı olan The Simpsons-ın bəzi real hadisələri proqnozlaşdırması serialı pərəstişkarlarının gözündə xüsusi edir.
News24.az xəbər verir ki, daha əvvəl koronavirus, Facetime, ağıllı saat, Yunanıstanın borc defoltunu, kriptovalyuta, Donald Trampın prezidentliyi və nəhayət keçmiş prezidentin öldürülməsini proqnozlaşdırdığı düşünülən serialın Kamala Harrisin prezidentliyini də bildiyi iddia edilib.
Simpsonlar tərəfindən proqnozlaşdırıldığı iddia edilən son hadisə 46-cı prezident Co Baydenin Trampa qarşı Demokratik Partiyanın namizədi kimi vitse-prezident Kamala Harrisi dəstəkləməsindən sonra baş verib.
Qeyd edək ki, 2000-ci ilin mart ayında yayımlanan 11-ci mövsümün 17-ci bölümündə "Bart to the Future"da Liza adlı personaj ABŞ prezidenti kimi təsvir edilir.
Əgər Kamala Harris seçkilərdə qalib gələrsə, ölkənin ilk qadın prezidenti olacaq ki, bu da serialın kəhanətlərinin bir daha təsdiqlənəcəyi anlamına gələcək.
Sosial media istifadəçilərinin fikrincə, Harris və Lisa arasında təəccüblü oxşarlıqlar var. Personaj serialda prezident kimi and içərkən Harrislə demək olar ki, eyni paltarda görünür. Maraqlıdır ki, onların hər ikisinin mirvari sırğaları, mirvari boyunbağı və bənövşəyi kostyumu var.
Bildirək ki, bu oxşarlıq X istifadəçiləri üçün Simpsonun yenidən düzgün proqnoz verdiklərini düşünmələri üçün kifayət olub.
İstifadəçilərdən biri ikilinin fotosunu paylaşaraq “Simpsonlar yenə iş başında” yazıb.
Bu fərziyyələrə cavab verən The Simpsons yazıçısı Al Jean ikilinin fotosunu paylaşaraq, "The Simpsons "proqnozunun" bir parçası olmaqdan qürur duyuram" sözlərini yazıb.
"Sonra nə olacağını öyrənmək üçün Simpsonlar filminə baxıram" deyən biri Jeana cavab verib.
Günel Məlikzadə