"Simpsonlar"ın Beyrutdakı partlayış kəhanəti - VİDEO
    • 5-08-2020, 14:14
    • 1 849

"Simpsonlar"ın Beyrutdakı partlayış kəhanəti - VİDEO

ABŞ-ın ən uzun sürən serialı "The Simpsons"un bəzi real hadisələri öncədən nümayiş etdirməsi pərəstişkarları üçün onu xüsusi edir.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ekran işində Donald Trampın prezident olacağını öncədən yayımlanmasından sonra indi də Livanın paytaxtı Beyrutda baş verən partlayışı proqnozlaşdırdığı iddiası ilə gündəmdədir.

Serialın bir hissəsin Homer Simpson obrazı anbardan partlayıcı maddələr alır və təsadüfən evə aparan zaman onu yolda yandırır. Bundan sonra isə bütün şəhər oda bürünür. Bundan başqa "The Simpsons"da Beyrutdakı partlayışa bənzər kadrların da yer aldığı iddia edilib.

Dünyadakı minlərlə sosial media istifadəçisi bu görüntüləri paylaşaraq "Simpsonlar Beyrut partlayışını da öncədən bildi" şərhini yazıblar.