-
- 22-07-2024, 10:49
- 281
ABŞ-da yeni namizəd kim olacaq?
ABŞ prezidenti Bayden noyabrın 5-də keçiriləcək prezident seçkilərində namizədliyini geri götürdüyünü açıqlayıb.
News24.az xəbər verir ki, yanvarın 15-də Ayova ştatında başlayan, Demokratik Partiya və Respublikaçılar Partiyasının namizədlərinin öz partiyaları daxilində prezidentliyə namizəd olmaq üçün yarışdığı ilkin seçki prosesi iyun ayında başa çatıb.
Seçkilərdə bir nəfərin namizədliyini irəli sürmək üçün 1968 Demokratik nümayəndələrindən səs toplamaq kifayət etdiyi halda, Bayden təxminən 3800-dən çox nümayəndənin dəstəyini qazanıb.
Digər tərəfdən, yerli media və ABŞ-da bir çox ekspertlər Baydeni əvəz edə biləcək namizədlər arasında Baydenin vitse-prezidenti Kamala Harrisin, eləcə də ABŞ-ın keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obamanın ola biləcəyi ehtimalından danışırlar.
Qeyd edək ki, Bayden X sosial media hesabında verdiyi açıqlamada müavini Kamala Harrisin çəkildiyi prezidentlik yarışında Demokrat Partiyasına namizədliyini irəli sürməsinə "tam dəstək və təsdiq verdiyini" bildirib.
Mişel Obama isə namizədlik yarışında iştirak etməyəcəyini dəfələrlə bəyan etsə də, Baydenin geri çəkildiyi ssenaridə onun adı ən çox müzakirə edilənlərdən biri olub.
Günel Məlikzadə