Yük maşını binaya çırpıldı: Mənzil boşaldıldı
    • 22-07-2024, 23:30
    • 228

Yük maşını binaya çırpıldı: Mənzil boşaldıldı

İstanbulun Beşiktaş şəhərində yük maşını binaya çırpılıb.

News24.az xəbər verir ki, sürücüsü idarəetməni itirən yük maşını dörd mərtəbəli binanın birinci mərtəbəsinə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, bina boşaldılıb.

Hadisə yerinə polis, xilasetmə, sağlamlıq və AFAD qrupları sövq edilib.


Günel Məlikzadə