Yük maşını avtobusa çırpıldı: Yaralılar var
    • 25-06-2024, 23:10
    • 223

Yük maşını avtobusa çırpıldı: Yaralılar var

Samsunda yük maşınının sərnişin mikroavtobusuna çırpılıb.

News24.az xəbər verir ki, yük maşını sərnişin mikroavtobusunu arxadan vurub, daha sonra yol kənarındakı baryerləri aşıraraq bir evin bağçasına aşıb.

Qəza nəticəsində 2-si sürücü olmaqla, ümumilikdə 11 nəfər xəsarət alıb.

Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə